Mikayıl Müşfiq, Almas İldırım Və Bülbülün Yubileyləri Dövlət
Səviyyəsində Qeyd Olunacaq
Yeni Azerbaycan Gezeti
Dünən Prezident İlham Əliyev yubiley tədbirlərinin
keçirilməsi haqqında sərəncamlar imzalayıb
Dünən Prezident İlham Əliyev görkəmli Azərbaycan şairi Mikayıl
Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam
imzalayıb. Dövlət başçısı imzaladığı sərəncamda Azərbaycan
ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan
Mikayıl Müşfiqin 100 illik yubileyinin layiqincə
keçirilməsini təmin etmək məqsədi ilə müvafiq qurumlara
tədbirlər planının hazırlanaraq həyata keçirilməsini
tapşırıb. Prezidentin digər sərəncamı ilə dahi Azərbaycan
şairi Almas İldırımın da 100 illik yubileyi dövlət
səviyyəsində qeyd olunacaq. Azərbaycan ədəbiyyatının
inkişafında xidmətləri olan Almas İldırımın 100 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə
müvafiq qurumlara tədbirlər planının hazırlanaraq həyata
keçirilməsi tapşırılıb. Tədbirlər planını Mədəniyyət və
Turizm Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli
Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyinin
təklifləri nəzərə alaraq tədbirlər planını hazırlayaraq
həyata keçirəcəklər. Nazirlər Kabinetinə bu sərəncamdan
irəli gələn məsələləri həll etmək tapşırılıb. Dünən, dövlət
başçısı, həmçinin, Azərbaycan professional vokal sənətinin
banisi, görkəmli müğənni və pedaqoq Bülbülün 110 illik
yubileyinin keçirilməsi haqqında da sərəncam imzalayıb.
Milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliğində
misilsiz xidmətlər göstərmiş Bülbülün 110 illik yubileyinin
dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə
müvafiq qurumlar tədbirlər planı hazırlayacaq. Planı
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanaraq
həyata keçiriləcək.