Azərbaycanda
Almas İldırım günləri keçiriləcək
SES/Zümrüd
Almas İldırımın 100 İllik yubileyi münasibətilə Azərbaycanda
silsilə tədbirlər keçiriləcək. Mədəniyyət və Turizm
Nazirliyindən verilən məlumata görə, keçiriləcək tədbirlərin
yerləri artıq müəyyənləşdirilib. Almaz İldırım günləri
sentyabrın 25-dən vüsət alacaq. Oktyabrın 26-da isə tədbir
iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət
edəcəklər. Ziyarətdən sonra qonaqlarla Mədəniyyət və Turizm
Nazirliyində görüş keçiriləcək. Elə həmin gün Almaz
İldırımın Şüvəlandakı evində poeziya axşamı olacaq.
Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt
Universitetində Almaz İldırıma həsr olunmuş ədəbi axşam və
Milli Elmlər Akademiyasında elmi sessiyanın nəzərdə
keçirilməsi tutulub. Sentyabrın 28-də sözügedən nazirliyin
dəstəyi ilə Akademik Opera və Balet Teatrında tədbir
keçiriləcək. Bu günlərdə Yazıçılar Birliyi Atatürk
Mərkəzində və Türkiyənin Bakıdakı səfirliyində yubileylə
bağlı tədbirlər planı nəzərdə tutulub. Yubiley tədbirində
iştirak etmək üçün Azərbaycana Türkiyənin 15 nəfər nümayəndə
heyətinin səfəri gözlənilir. Bu heyətin tərkibində
Türkiyənin dövlət və tanınmış mədəniyyət və elm xadimlərinin
olması istisna edilmir.
Bu həftə Almas İldırım günləri
Azərbaycanda sentyabrın 26–29-da görkəmli şair və ictimai
xadim Almas İldırımın 100 illiyinə həsr olunmuş silsilə
tədbirlər keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat kâtibi İntiqam Hümbətov məlumat verib.
Almas İldırım günləri sentyabrın 26-da Fəxri Xiyaban və
Şəhidlər Xiyabanını ziyarətlə başlayacaq. Həmin gün
nümayəndə heyəti ilə Təhsil Nazirliyində, Suraxanı və
Əzizbəyov Rayon İcra hakimiyyətlərində qəbul keçiriləcək,
Atəşgahın ziyarəti və A. İldırımın heykəli önündə poeziya
axşamı təşkil olunacaq. Sentyabrın 27-də Azərbaycan Milli
Elmlər Akademiyasında (AMEA), AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunda, Azərbaycan Yazıçılar Birliyində və
Türkiyənin Azərbaycandakı səfirliyində qəbul-görüşlər
keçiriləcək, Mədəniyyət və İncəsənət Universitetində poeziya
axşamı təşkil olunacaq. Sentyabrın 28-də Mədəniyyət və
Turizm Nazirliyində qəbul keçirilməsi, Bakının tarixi
yerlərinin ziyarət olunması planlaşdırılır. Almas İldırım
günləri həmin gün axşam Dövlət Akademik Opera və Balet
Teatrında keçiriləcək “Almas İldırım–100” təntənəli yubiley
tədbiri ilə yekunlaşacaq.