Edebiyat Gazeti
/Azerbaycan /Hazırladı:
SƏRVAZ/20.07.2007
Azadlıq
nəğməkarı şair Almas İldırımın böyük oğlu Azər Almas
redaksiyamızın qonağıdır
Müxbir — Azər
bəy, sizin hər gəlişiniz, eyni zamanda, Almas İldırımın canı
qədər sevdiyi Azərbaycanda xatirəsini təzələməklə bərabər,
elə bil ki, onun özünü də yenidən vətənə qaytarır, biz onu
yenidən görürük. Sizin hər gəlişiniz həm də Almas İldırım
yaradıcılığı haqqında Azərbaycanda tədqiqat aparan
qələmdaşlarımızda daha çox məsuliyyət hissi yaradır. Siz elə
bir vaxtda Azərbaycana gəlmisiniz ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə sentyabr ayında Almas İldırımın
anadan olmasının yüz illiyi qeyd olunacaq. Bilirik ki, bu
yaxınlarda Türkiyədə atanızın anadan olmasının yüz illiyi
çox geniş şəkildə qeyd edildi. O tədbirdən hazırlanan
materiallar bizdə də var. Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar başda olmaqla bizim bir qrup sənət dostlarımız
həmin tədbirlərdə iştirak etdi. Çox istərdik ki, Almas
İldırımın Türkiyədə keçirilən yubiley tədbirləri barədə
təəssüratlarınızı danışasınız.
Azər Almas: — Mən ilk öncə buraya — Bakıya gələndə öz
ata yurduma gəlmiş oluram. Yəni burası mənim öz yurdumdu, öz
doğma yurduma gəlirəm. Burada qohum-əqrəbalarım yaşayır.
Ancaq onlardan da daha çox doğma Xəzəri, Bakını görməyə
gəlirəm. Atamın anadan olmasının yüz illiyi münasibətilə
Türkiyədə keçirilən yubiley tədbirlərinə gəlincə isə, demək
istəyirəm ki, ən yüksək səviyyədə deyilir ki, bu şair
bizimdi. Bu əsasda qürur doğuran bir paylaşma var. Deyim ki,
Türkiyədə Almas İldırım sənətinə, Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, Azərbaycandan getmiş nümayəndə heyətinə layiq
olan bir tədbir yapdılar. Bunu həmin tədbirə qatılanlar daha
yaxşı bilər. Tədbirin təşkilatçıları üç gün müddətində
qonaqları Almas İldırımın işlədiyi, gəzdiyi, gördüyü bütün
yerlərlə tanış etdilər, gəzdirdilər. Hər dürlü etibarı
göstərdilər. Azərbaycandan həmin tədbirə qatılan qonaqlar
təəssüratlarını yəqin ki, sizlərə anlatmış olarlar.
Təşkilatçılar elə bir törən yapdılar ki, mənim özüm də çox
məmnun qaldım. Nə deyim, mənə elə gəlir ki, heç bir qüsur
etmədik, çox mükəmməl proqramlar təqdim olundu. Eyni
zamanda, bu tədbirlər zamanı atamın anadan olmasının yüz
illiyi münasibətilə nəşr olunan kitabın da təqdimat mərasimi
oldu. Bu tədbirlərə bələdiyyə rəisləri də qatıldı.Formun
Üstü
Müxbir — Azər bəy,
sizin hər gəlişiniz, eyni zamanda, Almas İldırımın canı
qədər sevdiyi Azərbaycanda xatirəsini təzələməklə bərabər,
elə bil ki, onun özünü də yenidən vətənə qaytarır, biz onu
yenidən görürük. Sizin hər gəlişiniz həm də Almas İldırım
yaradıcılığı haqqında Azərbaycanda tədqiqat aparan
qələmdaşlarımızda daha çox məsuliyyət hissi yaradır. Siz elə
bir vaxtda Azərbaycana gəlmisiniz ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə sentyabr ayında Almas İldırımın
anadan olmasının yüz illiyi qeyd olunacaq. Bilirik ki, bu
yaxınlarda Türkiyədə atanızın anadan olmasının yüz illiyi
çox geniş şəkildə qeyd edildi. O tədbirdən hazırlanan
materiallar bizdə də var. Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar başda olmaqla bizim bir qrup sənət dostlarımız
həmin tədbirlərdə iştirak etdi. Çox istərdik ki, Almas
İldırımın Türkiyədə keçirilən yubiley tədbirləri barədə
təəssüratlarınızı danışasınız
. Azər Almas: — Mən ilk öncə buraya — Bakıya gələndə öz
ata yurduma gəlmiş oluram. Yəni burası mənim öz yurdumdu, öz
doğma yurduma gəlirəm. Burada qohum-əqrəbalarım yaşayır.
Ancaq onlardan da daha çox doğma Xəzəri, Bakını görməyə
gəlirəm. Atamın anadan olmasının yüz illiyi münasibətilə
Türkiyədə keçirilən yubiley tədbirlərinə gəlincə isə, demək
istəyirəm ki, ən yüksək səviyyədə deyilir ki, bu şair
bizimdi. Bu əsasda qürur doğuran bir paylaşma var. Deyim ki,
Türkiyədə Almas İldırım sənətinə, Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə, Azərbaycandan getmiş nümayəndə heyətinə layiq
olan bir tədbir yapdılar. Bunu həmin tədbirə qatılanlar daha
yaxşı bilər. Tədbirin təşkilatçıları üç gün müddətində
qonaqları Almas İldırımın işlədiyi, gəzdiyi, gördüyü bütün
yerlərlə tanış etdilər, gəzdirdilər. Hər dürlü etibarı
göstərdilər. Azərbaycandan həmin tədbirə qatılan qonaqlar
təəssüratlarını yəqin ki, sizlərə anlatmış olarlar.
Təşkilatçılar elə bir törən yapdılar ki, mənim özüm də çox
məmnun qaldım. Nə deyim, mənə elə gəlir ki, heç bir qüsur
etmədik, çox mükəmməl proqramlar təqdim olundu. Eyni
zamanda, bu tədbirlər zamanı atamın anadan olmasının yüz
illiyi münasibətilə nəşr olunan kitabın da təqdimat mərasimi
oldu. Bu tədbirlərə bələdiyyə rəisləridə qatıldı.
O cümlədən, Elazığ Bələdiyyə başkanı Süleyman Süleymanoğlu,
Elazığ valisi Muammer Muşmal və başqaları... Elazığ
şəhərinin böyük bir küçəsinə Almas İldırımın adı verildi.
Ayrıca Xankəndində başqa bir küçəni atamın adıyla
adlandırdılar. Eyni zamanda, Ağında da bir küçəyə onun
ismini verdilər. Bu kəndlər atamın orada işlədiyi kəndlərdi.
Atamın vaxtilə yaşayıb işlədiyi kənd, qəsəbə başqanları bizi
böyük ehtiramla gəzdirdilər, ayrı-ayrı yerlərlə tanış
etdilər. Bir daha deyirəm ki, bu mərasimlər zamanı heç bir
qüsura yer vermədilər, diqqətlərini əsirgəmədilər. Tədbirə
qatılan sənətçilər də çox sağ olsunlar. Biz də atamın
yaşayıb işlədiyi yerləri bir daha gəzdik, çox sevindik və
ötənləri yenidən göz önünə gətirdik. Bir sözlə, çox şad
olduq.
— Çox yaxşı, ayrı cür də ola bilməzdi. Türk dünyasını canı
qədər sevən, türkçülük duyğularına görə kirpikləriylə od
götürən Almas İldırımın yubiley gününün Türkiyədə, dediyiniz
kimi, onun adına layiq keçirilməsi təbiidi. Azər bəy, siz
Almas İldırımın ata kimi tərbiyəsilə böyümüsünüz. Ola bilər
ki, ata olar, ancaq onun ömür yolu, fəaliyyəti və sənəti
haqqında ətraflı məlumat olmayınca onu dərk etmək olmaz. Bu
proses iki mərhələdə keçir. Bir var atanın tərbiyəsi, bir də
var onun irsinin tərbiyəsi. Maraqlıdı, əsərlərinin
tərbiyəsindən əvvəl Almas bəy bir ata kimi sizə nə deyirdi,
nə öyrədirdi?
— Deyim ki, mən atamı dörd-beş yaşım olan vaxtlarımdan bəri
xatırlayıram. Ancaq mənim yeddi-səkkiz yaşım olan vaxtlardan
atam mənə, qardaşıma bütün Azərbaycanı tanıtdı. Onun varlığı
Azərbaycan idi. Hər şeydən əvvəl bizə Azərbaycanı öz əliylə
çəkdiyi xəritə üzərində tanıtdı. Bizim evimizdə atamın
qələmlə çəkdiyi və anamın rəngli ipliklə naxış vurduğu
Azərbaycan xəritəsi vardı. Biz yeddi-səkkiz yaşında olarkən
o xəritə evimizin divarından asılmışdı. O xəritədə mən
Bakını quş qafası, qağayı başı kimi təsəvvür edirdim. Və bu
yer mənə çox əziz idi. Çünki atam orada doğulmuşdu. Deməli,
biz də bakılıyıq, — deyə kiçiklikdən o xəritədə görünən nə
vardısa hamısını çox sevirdik. Evimizdə bir Atatürkün rəsmi
vardı, bir də Azərbaycanın xəritəsi. Atam Atatürkü də çox
sevərdi. Elə o yaşımızdan biz Azərbaycanı çox tanıyır,
bilirdik. Ayrıca, o zaman yaşadığımız qəsəbədə “Xalq evləri”
deyilən yerlər var idi. O “Xalq evləri”ndə tez-tez
“Azərbaycan-Türk elləri” — deyə konfranslar keçirilərdi.
Eyni zamanda, məktəblərə gəlib Üzeyir bəyin “Məşədi İbad”
operettasından parçalar səhnəyə qoyardılar. Biz bu cür
tədbirlərdən Azərbaycanı öyrənirdik. Deyim ki, atamın çox
durğun bir halı vardı. Öz dünyasına qapanar, ətrafda çox
şeylə uğlaşmazdı. “Azərbaycan” deyəndə ailəsini, ev-eşik
qayğılarını belə unudardı. Yaşa dolduqca, məktəb illərində,
ondan sonra da atamın şeirlərini oxuduqca atamı yenidən kəşf
etdim, yenidən tanıdım, dərk etdim ki, o, vətəni, doğma
Bakısı üçün çox həsrət çəkib. “Vətən” deyə çox qüssələnmiş
bir adamdı. Yaşasaydı, daha çox işlər görə bilərdi...
— Atanızın öz həmvətənləriylə, özü taledə olan adamlarla
əlaqəsi necəydi?
— Belələri vardı... Mən liseyi bitirdikdən sonra məcburən
ailəmizdən ayrı yaşadım. Çünki o kiçik qəsəbələrdə o zaman
orta oxu məktəbləri, yəni gimnaziya yox idi. Gimnaziya
sadəcə Elazığın mərkəzində var idi. Mən məcburən anamla
bərabər ev tutmalı oldum. Atam təbii ki, ayda bir-iki dəfə
bizə baş çəkirdi. Ancaq mən gimnaziyaya qəbul olunanadək
atamın yanına gələn bir çox həmvətənlərimizi, mühacirət
etmiş adamları görürdüm. O zaman mənim artıq on beş-on altı
yaşım olardı. Yadımdadı ki, atamın yanına Məhəmməd Əmin
Rəsulzadə, Mirzə Bala Məmmədzadə, eyni zamanda, türk
ziyalılarından Ziya Göyalp, Nihal Adsız və başqaları gələrdi.
O zamanlar atamın kitaba daha çox marağı vardı. Ədəbiyyat
haqqında əlinə düşən nə qədər kitab vardısa, gətirib bizə
oxutdururdu. Universitet təhsili almamışdan qabaq o, bizə
çox şey öyrətmişdi. Hər şeydən öncə bizi Azərbaycan ruhuyla
böyüdürdü, bizə azərbaycançılığı öyrədirdi.
— Rəhmətlik harada yaşayıbsa, orada Azərbaycanla bağlı
oxşarlıq axtarıb, Azərbaycanın yer-yurd adlarını o yerlərə
verməyə çalışıb...
— Bu barədə sizin Yazıçılar Birliyinin sədri Anar bəy də,
atam haqqında sanballı kitab tərtib etmiş Ənvər Aras
da yazıb; atamın uzun illər çalışdığı Elazığ şəhərinin
kənarında bir göl var. Əvvəllər “Gölcük” adlanırmış. Atam
Atatürkə məktub vasitəsiylə müraciət edərək bu gölün “Xəzər
gölü” adlandırılmasını xahiş edir. Atatürk qərib şairin
sözünü yerə salmır, “Gölcük”ə “Xəzər” adı verir. Atamın
“Xəzərlə dərdləşmə” adlı şeri var, o gölün ətrafında yazıb:
Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam,
Eli, yurdu çalınmış bir qərib qafqazlıyam..
.
Oradakı Xan köyünə atam Xankəndi adı qoydu. Başqaları da
var.
Maarif Teymur: (Azərbaycan Dövlət Mərkəzi Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru): — Bayaq Azər bəy xatırlatdı
ki, Almas İldırım bizə yeddi-səkkiz, on yaşımızdan
azərbaycançılıq məfkurəsi aşılayıb. Düşünürəm ki, əslində
elə onun bütün ömrü bu missiyaya xidmət edib. Təsəvvür edin,
Almas İldırım hələ 1943-cu ildə “Ninnilər, mahnılar”, 1947-ci
ildə isə “Bayatılar” toplularını çap etdirdi.
“Bayatılar”dakı 28 bayatını o, özü yazmışdı. Bu da bir
azərbaycançılıq əməli, azərbaycançılıq xidməti idi.
— Mən bir şeyi dərk edə bilmirəm; bir insan ki, vətənindən
didərgin salınmışdı — ayrılıqdan sonra da didərgin salındığı
vətənini necə bu qədər atəşin ürəklə sevə bilirdi? O, hər
bir şeyi gətirib Azərbaycanla bağlayırdı. Anamdan eşitmişəm
ki, bu sevgisinə görə onu təhdid edənlər də varmış, ancaq
qorxmazmış. Təhdidlərlə dolu bir tale onu bütün həyatı boyu
izləmişdi. Ömrü boyu didərgin həyat keçirsə də, Türk
dünyasına olan sevgisi öləziməmişdi. Bu yolda çəkdiyi əzabı
da xoşluqla qarşılamışdı. Təsəvvür edin, Dərbənddəki sürgün
həyatından Bakıya qayıdanda onu uğurlamaya gələn dostu
Mikayıl Müşfiqə deyib: “Bunların məqsədi indi mənə aydındır.
Yəqin hər dəfə bir Türk məmləkətinə göndərməklə böyük
Türküstanımızı mənə qarış-qarış gəzdirmək istəyirlər”. O
ağır günündə belə təsəlli yeri tapır. Atam çoxları kimi
“Stalinin bığlarına tərif dolu şeir” yazmadı. Azərbaycan
Cümhuriyyətinin Qızıl Ordu tərəfindən işğal edilməsinə dair
düşüncələrini dağlarla bölüşdüyü “Öpərkən alnından füsunlu
bir yaz” misrasıyla başlayan “Dağlar” rədifli şeri Türkiyədə
yayınlandığı səbəbindən Dərbəndə sürgün edilir. Ədəbi
düşmənlərinin təqibi nəticəsində burada yaşamağı təhlükəli
olur. 1930-cu ildə Ordubadinin köməyiylə çap olunan “Dağlar
səslənərkən” adlı əsəri onu Sibir sürgünündən xilas edir,
əvəzində Aşqabad həyatı başlayır. Burada da siyasi idarə
casusu Əkbər Ruhi və başqaları onu rahat qoymur. Artıq onun
iki yolu qalır; ya ondan tələb olunanları qəbul edib
komministlərin sırasına keçmək, ya da vətənin istiqlalı
naminə mücadiləyə davam etmək. Atam ikinci yolu seçir. O,
həyat yoldaşı Zivər xanımla birgə İran sərhədini keçib,
Güney Azərbaycandan Türkiyəyə adlamağa qərar verir. 1933-cü
ildə diqqət çəkməmək üçün evlərinin lampasını yanılı, stolun
üstünü yemək-içməklə dolu qoyub qaçaqçı dəvə karvanına
qoşulurlar. O zaman mən üç aylıq bir körpə olmuşam. İki günə
yaxın karvanla birlikdə yola davam edirlər. Sonra atam bu
yolun qorxulu olduğunu görüb karvandan ayrılır. Yollarda
ac-yalavac olan valideynlərim məni bir qayanın kölgəsində
qoyub getmək qərarına gəlirlər. Çünki taqətləri kəsilmiş,
anamın südü qurumuş, döşlərinin ucu yara olmuşdu. Ancaq
onlar məni qoyub getdikləri qaya kölgəsindən az aralanmış
anam dözməyib, ağlayaraq geri dönüb, məni bağrına basıb, bir
az dincələndən sonra təkrar yola çıxıblar. İran sərhədinə
yaxın bir yerdə yolu itirən valideynlərimə, göydən enibmiş
kimi, bir atlı kömək edir. Onlar dağları aşıb İran sərhədinə
daxil olarkən İran sərhədçiləri tərəfindən həbs edilirlər.
Atama “İran casusu”, “Bolşevik sovet casusu” deyə çox
işgəncə verirlər. Bir gün ərzində soyuq su içində
saxlayırlar. Soyuq su onun sağlamlığını pozur. Böyrəkləri
ağrı tapır. Elə bu ağrılar da onun vaxtsız ölümünə səbəb
oldu. Sonra Tehrandan gələn əmr əsasında atam sərbəst
buraxılır, oradan Məşhəd şəhərinə göndərilir. O zaman İran
rejimi atamın yazdığı:
Mən bilirəm ki, titrəyir dodaqlarında “İran”,
Var onun da qoynunda yıxılmalı saraylar
— misralarından xəbərdar olsaydı, atamı sağ buraxmazdılar.
İranda qaldığı müddət ərzində rejimin basqısı altında maddi
və mənəvi sıxıntılar yaşayan şair Tehran rejiminin türk
düşmənçiliyini görür, özünü yad və kimsəsiz hiss edir. Buna
görə də o, Atatürkün hür və azad Türkiyəsinə getmək üçün
çırpınır, nəhayət, 1934-cü ildə Türkiyənin Van şəhərinə
yetişməyi bacarır. Atam “İlk eşqim” dediyi Türkiyəyə
gəldikdən sonra bir rahat nəfəs alır. Sonra Bakının Xəzər
dənizinə həsrət qalan şairi Elazığın Xəzər gölünün doğma
insanları bağrına basır. Beləcə, atamın Türkiyə həyatı
başlayır.
— Maarif, sən də tədqiq etmisən, Almas İldırımın adıyla
bağlı sizdə hər hansı arxiv sənədləri, məlumatlar varmı?
— Sözsüz... 1989-cu ildə biz Almas İldırımın yaradıcılığını
geniş şəkildə araşdırmağa başlarkən ilk öncə bir toplantı
keçirdik. Orada rəhmətlik Abbas Zamanov, Cabir Novruz,
Süleyman Rüstəm, Rəfiq Zəka Xəndan, Tofiq Bayram, o cümlədən
Söhrab Tahir, Almas İldırımın qohumları iştirak edirdi. O
toplantı zamanı hiss etdim ki, artıq Almas İldırım
yaradıcılığının yeni tədqiqat dövrü başlayır. Tədbiri Abbas
Zamanov aparırdı. Həmin toplantıdan sonra Almas İldırımla
bağlı 666 saylı şəxsi fond yarandı. Orda Almas İldırımın
1925-ci ildə yazılmış yeganə əlyazmasını da saxlayırıq.
Almas İldırım gənclik şairi idi...
— “Gəncliyə ümidim var” — deyə həmişə inqilabi hərəkatda
gəncliyin görünən yerini alqışlayardı. Üsyankar şair yaxşı
bilirdi ki, gənclik inqilabi hərəkata daha çox meyllidi.
Hacıağa Almaszadə (Almas İldırımın Bakıda yaşayan qardaşı
oğlu): — Bayaq Abbas Zamanovun adını çəkdiniz, o rəhmətlik
də gəncliyin yaxın dostu idi. Mən 1990-cı ildə ilk dəfə
Türkiyəyə gedəndə Abbas müəllim mənə bükülü şəkərbura
hədiyyəsi verib dedi ki, bunu orada Nazan xanıma ver və de
ki, Almas İldırımın “Boğulmayan bir səs” adlı kitabını tapıb
mənə göndərsin. Mən şəkərburaları Nazan xanıma çatdırdım.
Şübhəsiz ki, Abbas mıəllimin xahişiylə bir yerdə. Nazan
xanım böyük çətinliklə o kitabı tapıb surətini arxivdə
saxladı, əslini isə Abbas mıəllim üçün göndərdi.
— Nazan xanım Əhməd Cəfəroğlunun qızıdı. O zaman Azərbaycan
Kültür Cəmiyyətinin vasitəsiylə Əhməd Cəfəroğlu bizim ailəyə
çox köməkliklər etdi. O, mənim ikinci babam kimidi. Nazan
xanımla universitetdə eyni vaxtda oxumuşuq. Abbas Zamanov
Nazan xanımın göndərdiyi o kitabı sonralar mənə vermişdi.
Məndən də qardaşım Araz aldı. İndi rəhmətə gedib. Araz da
şeir yazırdı. Hacıağa bəy onun kitabını çap etdirib. Kitabın
redaktoru professor Timuçin Əfəndiyevdi. Arazın “Erməni
köpəklərinə” adlı çox məşhur bir şeri də var. Xəstə
çağlarında Bakıya gəldi. Burada müalicə olundu. Təəssüf ki,
sağalması mümkünsüz oldu. Yazırdı ki, baba yurdunu görməyə
gəldim, baba yurdunda ölməyə gəldim. Elə də oldu. İndi onun
yetmiş, atamınsa yüz illiyidi. Onu deyirdim axı, o zaman
Abbas bəyin mənə verdiyi “Boğulmayan bir səs” kitabı Arazda
qaldı...
Hacıağa Almaszadə: — Bütün yazıçı və şairlərlə bizi ilk dəfə
Abbas mıəllim tanış edib. Yaxın bir dostum var — Bəhruz
müəllim. Bir gün Abbas Zamanov ona deyir: “Bir bakılı balası
var idi — Almas İldırım. Onun qohumlarından qalıb-eləyənlər
varmı?”. Bəhruz müəllim soraqlaşır. Məni nişan verirlər.
Sonra Bəhruzun vasitəsiylə mən Abbas müəllimlə tanış oldum.
O da məni Maarif Teymurla tanış etdi. Bizim aramızda ilk
körpünü o kişi saldı. Nəticəsi də göz önündədi... Elazığdakı
tədbir zamanı vali Muammer Muşmaldan xahiş etdim ki, bir
ricam var, Anar bəyin arzusudu, bizim Xəzərdən su
gətirmişəm, izn ver imkan olanda böyük Xəzərdən gətirdiyimiz
suyu kiçik Xəzərə tökək. Vali qalxdı ayağa ki, sən nə
deiyrsən, axırda niyə, bu işi elə indicə etməliyik... Getdik
həmin gölün sahilinə. Mavi Xəzərin suyunu atamın ad qoyduğu
Xəzərə qovuşdurduq. Valiyə dedim ki, icazə ver buradan da su
götürüb bizim Xəzərə qovuşdurum. Dedi ki, yox, o işi
sentyabr ayında Bakıya — Almas İldırımın yubiley gününə
gələndə mən özüm edəcəm.
— Qarışıq zəmanə olub. Şükürlər olsun ki, indi o günlər
arxada qalıb. Atam bu azadlığın, müstəqilliyin eşqiylə o
qədər yanıb-yaxılıb ki!.. Atamın sözləri var, indi sizdə
mahnı kimi oxuyurlar (şövqlə, həzin səslə oxuyur):
Çoxdan idi görməmişdim üzünü,
Eşitmədim dadlı-dadlı sözünü,
Deyirlər ki, dikib yola gözünü
Mənsiz keçən günlərini anarsan,
Oy, anarsan,
Aman nənə, zalım nənə, can nənə,
ey, can nənə...
Bu şerini atam mənə dörd-beş yaşlarında öyrədib. Mən türk
şeirlərini öyrənməmişdən Azərbaycan şeirlərini öyrənmişdim.
İlk məktəbdə oxuyarkən Sabirin “Bir də görürsən ki, olub
heyvərə” misrası ilə başlayan şerini əzbərləmişdim. Və yaxud
“Dur qaçaq, oğlum, baş-ayaq qandı bu” misralı şerini. Bu,
atamın tərbiyəsindən irəli gəlirdi.
— Azər bəy, söhbətimizin əvvəlində də dedim, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli
şairimiz Almas İldırımın anadan olmasının yüz illiyi ilə
bağlı sərəncam imzalayıb. Sentyabr ayında Azərbaycanda Almas
İldırımın yubileyi çox yüksək səviyyədə keçiriləcək. Bilmək
istəyirəm ki, bu sərəncamı bir övlad kimi necə qarşıladınız,
eyni zamanda, Almas İldırımla bağlı Azərbaycanda nələri
gördünüz və başqa nələri də görmək istərdiniz?
— İlk öncə bu vəfaya qarşı çox minnətdaram. Görürəm ki,
bütün Azərbaycan öz şairinə vəfa qılır. Eyni zamanda,
hörmətli Prezident İlham Əliyevə minnətdarlıq edirəm. Demək
o, Azərbaycan üçün yaşamış, azərbaycançılıq ideologiyasını
yaşatmış insanların qədrini bilir. Yalnız Almas İldırım üçün
yox, Azərbaycanın istiqlalı üçün çarpışmış hər bir insan,
hər bir şair üçün bu cür qədir-qiymət lazımdı. Bir türk
şairi yaxşı deyib: “Şairləri hayqırmayan bir millət babasını
itirmiş çocuq kimidi...” Şairlik əsgəri xidmətdən güclü bir
qüvvətdir. Azərbaycan Prezidentinin Almas İldırımın anadan
olmasının yüz illiyi ilə bağlı sərəncamını eşidəndə
Azərbaycan televiziyasına zəng edib, efir vasitəsilə
hörmətli İlham Əliyevə öz minnətdarlığımı da bildirmişəm.
Bu, təkcə Almas İldırıma yox, Türk dünyasının azadlıq
yolunda çarpışmış bütün şair və yazıçılara olan diqqətin
görüntüsüdü. Hər hansı məmləkətin içi dışdan daha yaxşı
görünür. Mən dönə-dönə incələyirəm; keçmiş sovetlər məkanına
daxil olan ölkələr içərisində Azərbaycan qədər yüksəlişə
nail olanı yoxdur. Bu da dahi siyasətçi Heydər Əliyevin və
onun layiqli varisi İlham Əliyevin sayəsində olub.
Azərbaycan düz və dürüst qaydada ucalır. Eynən bizim
Atatürkün Türkiyəsi kimi...
Atamdan Xəzərə
Sənə erkən gələcəkdim,
Olmadı, ey namlı Xəzər.
Atamın həsrəti çökmüş
Yenə də ruhuma, ey qəmli Xəzər.
Qürbətdə görmədi göy rəngini,
Heyhat!
Bir sənin eşqin ilə
Bil, həmişə sürdü həyat.
Gəlmişəm indi sənin
Səcdənə onsuz —
Ki, onun hər günü
Keçmiş yuxusuz.
Sənə dərd yapmağa gəldim,
Məni sən dinlə, Xəzər!
Sənə tarix yazan olsa
Mən deməsəm — heç nə yazar.
Qürbətin dərdini bilməz
Səni can bilməyən heç kim.
Sənə həsrət olanın
dərdinə dərman tapa bilməz
Nə hökmdar, nə həkim.
“İndi gec oldu” — deyib
Sən mənə gəl qızma, Xəzərim.
Mən ki, yollar boyu hər gün
Sənə dastan yazıram.
Mən atamdan səni bildim,
Sənə həsrət...
Sən də gəl vaxtını
Bir gün mənə həsr et!
Sənə dərd yapmağa gəldim,
Məni duy, namlı Xəzər.
Sənə tarix yazan olsa
Mən deməsəm — heç nə yazar