Almas İldırımın 100 illiyi
ilə əlaqədar təşkil olunan tədbir üç gün davam edəcək.
Sentyabrın 26-da start veriləcək tədbir çərçivəsində öncə "Fəxri
xiyaban" və "Şəhidlər xiyabanı" ziyarət olunacaq. Bunun
ardınca isə Təhsil Nazirliyində qəbul planlaşdırılıb. Bu
barədə "OLAYLAR"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
kâtibi İntiqam Nümbətov məlumat verib. Məlumata görə, həmin
gün daha sonra Suraxanı rayon İcra Hakimiyyətində qəbul,
Atəşgahı ziyarət, Əzizbəyov İcra Hakimiyyətində qəbul, A.İldırımın
heykəli önündə poeziya gecəsi - konsert təşkil olunacaq.
Sentyabrın 27-də isə Milli Elmlər Akademiyasında, Azərbaycan
Yazıçılar Birliyində, Türkiyə səfirliyində qəbul, AMEA-nın
F.Füzuli adına Əlyazmalar İnstitutunda görüş planlaşdırılıb.
Mədəniyyət və İncəsənət Universitetində isə poeziya axşamı
düzənlənəcək. Nəhayət, sentyabrın 28-də Mədəniyyət və Turizm
Nazirliyində qəbul olacaq. Bakının tarixi yerlərini ziyarət
(İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Fəvvarələr
meydanı və s.), Karvansarayda nahar da həmin gün olacaq.
Sonda isə Opera və Balet teatrında "Almas İldırım–100" adlı
böyük yubiley tədbiri keçiriləcək.