BAKIDA ŞAİR ALMAS İLDIRIMIN 100 İLLİYİ QEYD OLUNACAQ
2007–09–05
Bu
il Azərbaycan şairi Almas
İldırımın 100
yaşı tamam olur. TrendLife-ın verdiyi məlumata görə,
prezident İlham Əliyev yubileyin yüksək səviyyədə
keçirilməsi barədə sərəncam verib. Bu il Azərbaycan şairi
Almas
İldırımın 100
yaşı
tamam olur. TrendLife-ın verdiyi məlumata görə, prezident
İlham Əliyev yubileyin yüksək səviyyədə keçirilməsi barədə
sərəncam verib.
Beləliklə, sentyabrın 28-də Opera və Balet Teatrında tədbir
olacaq. Türkiyədən çoxlu qonaqların gələcəyi gözlənilir.
Almas İldırım 23 yaşında Türkiyəyə köçmüş və ömrünün
sonuna kimi orda yaşamışdır. Onu da qeyd edək ki, aprelin
9-da Türkiyədə Almas İldırımın yubileyi keçirilib.
Bayram tədbirində Azərbaycandan olan mədəniyyət
nümayəndələri də iştirak ediblər.
Almas İldırım anılır
Almas İldırımın 100 illiyi
münasibəti ilə Azərbaycanda tədbirlər keçirilməyə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin
məlumatına görə, Azərbaycanda qeyd edilən Almas İldırım
günləri sentyabrın 28-ə qədər davam edəcək. Dünən tədbir
iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət
ediblər. Ziyarətdən sonra qonaqlarla Mədəniyyət və Turizm
Nazirliyində görüş və Almas İldırımın Şüvəlandakı evində
poeziya axşamı keçirilib. Məlumata görə, sentyabrın 27-də
(bu gün) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Almas İldırımın yaradıcılığına həsr olunmuş
ədəbi axşam və Azərbaycan Milli Elmlər Akademiyasında elmi
sessiyasının keçirilməsi nəzərdə tutulub. Bu günlərdə
həmçinin Yazıçılar Birliyində, Atatürk Mərkəzində və
Türkiyənin Azərbaycandakı səfirliyində tədbirlər keçirilməsi
planlaşdırılır. Almas İldırımın təntənəli yubiley tədbiri
sentyabrın 28-də Dövlət Akademik Opera və Balet Teatrında
keçiriləcək. Yubiley tədbirində iştirak etmək üçün
Türkiyənin 15 nəfərlik nüfuzlu nümayəndə heyətinin
Azərbaycana səfəri gözlənilir. Nümayəndə heyətində
Türkiyənin dövlət, elm və ədəbiyyat xadimləri təmsil
olunacaq.
PAYIZDA ALMAS İLDIRIMIN
YUBİLEYİ QEYD OLUNACAQ
26/ 09/
2007
Şair Almas İldırımın 100
illiyinə həsr olunmuş yubiley tədbirləri dövlət səviyyəsində
keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidmətindən məlumat verilib. Tədbirlər Mədəniyyət və
Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər
Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı
ilə baş tutacaq. ətbuat xidmətinin məlumatında deyilir ki,
şairin xatirəsinə həsr olunmuş müxtəlif ədəbi-bədii
tədbirlərlə yanaşı, bədii qiraət və inşa müsabiqələri
keçiriləcək. Yubiley kitabı və akademik Bəkir Nəbiyevin
Almas İldırımın yaradıcılığına həsr etdiyi monoqrafiya nəşr
olunacaq. Almas İldırımın Türkiyədə və Azərbaycanda işıq üzü
görən kitablarının böyük sərgisinin keçirilməsi də nəzərdə
tutulub.Qeyd edək ki, şairin payızda başlayan yubiley
tədbirlərində Türkiyədən dəvət olunmuş elm və mədəniyyət,
ədəbiyyat xadimləri iştirak edəcəklər.«Xəbərlər-Azərbaycan»,
Pərvanə Məmmədova. Sentyabrın 27-də Türkiyənin mədəniyyət və
turizm naziri Ərtoğrul Günay Bakıya gələcək. Bu barədə
Azərbaycan mədəniyyət və turizm nazirliyinin mətbuat
xidmətindən məlumat veriblər. Səfərin məqsədi Azərbaycanın
mühacir şairi Almas İldırımın 100 illik yubileyinə həsr
olunmuş tədbirlərdə iştirak etməkdir. Tədbirlər sentyabrın
26–28-i keçiriləcək.Səfər zamanı türkiyəli nazir
azərbaycanlı həmkarı Əbülfəz Qarayevlə görüşəcək.Günay
həmçinin Fəxri və Şəhidlər xiyabanlarını da ziyarət edəcək.
Türkiyədə Almas
İldırımın 100 İllik yubileyi
qeyd ediləcək
APA/09
Aprel 2007
Türkiyənin Elazığ şəhərində azərbaycanlı şair Almas
İldırımın 100 İllik ubileyi qeyd
ediləcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə,
tədbirlərin təşkilat komitəsinin üzvü, yazıçı-jurnalist
Bədrəddin Keleştimur Sovet hakimiyyəti dövründə millətçi
baxışlarına və şeirlərinə görə bir neçə dəfə sürgünə
göndərilən, ən sonda Türkiyəyə qaçaraq Elazığda məskunlaşan
A. İldırımın xatirəsinə həsr olunmuş tədbirlər
keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tədbirləri
Türkiyə və Azərbaycanın Mədəniyyət və Turizm nazirlikləri,
Elazığ valiliyi və hər iki ölkənin qeyri-hökumət qurumları
təşkil edir. O, 11–13 aprel tarixlərində keçiriləcək
tədbirlər çərçivəsində “Xəzərdən Xəzərə Almas
İldırım” mövzusunda simpoziumun təşkil olunacağını də deyib.
Simpoziuma Fırat Universitetinin, Azərbaycan Yazıçılar
Birliyinin və Avrasiya Yazarlar Birliyinin nümayəndələri
qatılacaqlar.
Sentyabrın 25–28-də Azərbaycanda Almas
İldırım günləri keçiriləcək
Sentyabr/Samirə/2007
Almas İldırım 100
illiyi münasibəti ilə Azərbaycanda keçiriləcək tədbirlərin
vaxtı və yeri müəyyənləşdirilib. Bu barədə APA-ya Mədəniyyət
və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda qeyd edilən Almas
İldırım günlərinin açılışı sentyabrın 25-də olacaq.
Sentyabrın 26-da tədbir iştirakçıları Fəxri Xiyabanı və
Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ziyarətdən sonra
qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş olacaq.
Həmin gün axşam Almas İldırımın
Şüvəlandakı evində poeziya axşamı keçiriləcək. Sentyabrın
27-də Azerbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində Almas İldırımın
yaradıcılığına həsr olunmuş ədəbi axşam və Azərbaycan Milli
Elmlər Akademiyasında elmi sessiyasının keçirilməsi nəzərdə
tutulub. Bu günlərdə həmçinin Yazıçılar Birliyində,
Azərbaycanda Atatürk Mərkəzində və Türkiyənin Azərbaycandakı
səfirliyində tədbirlər keçirilməsi planlaşdırılır.
Almas İldırımın təntənəli yubiley
tədbiri sentyabrın 28-də saat 18.00-da Dövlət Akademik Opera
və Balet Teatrında keçiriləcək. Yubiley tədbirində iştirak
etmək üçün Türkiyənin 15 nəfərlik nüfuzlu nümayəndə
heyətinin Azərbaycana səfəri gözlənilir. Nümayəndə heyətində
Türkiyənin dövlət, elm və ədəbiyyat xadimləri təmsil
olunacaq.
Nazir gəlir
Sentyabrın 27–29-da
Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay
paytaxtımıza səfər edəcək. Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata görə, nazirin səfərinin məqsədi tanınmış
şair Almas İldırımın 100 İllik yubiley tədbirlərində iştirak
etməkdir. Sentyabrın 28-də Ə.Günay azərbaycanlı həmkarı
Əbülfəz Qarayevlə görüşəcək. Türkiyəli nazir Şəhidlər
xiyabanını, Fəxri xiyabanı ziyarət edəcək, İncəsənət
Muzeyinə, Qız qalasına, Şirvanşahlar sarayına baş çəkəcək.
Bəkir Nəbiyev
Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki
Almas İldırım yaradıcılığını
Azərbaycan poeziyasında qürbət lirikasının bariz təzahürü
kimi qiymətləndirmək lazımdır. Şair Türkiyəni özü üçün
ikinci vətən, munis həmdəmlər tapmışdı. Amma yenə də qəlbi
Azərbaycanın həsrətilə yanmışdı. Onun qürbət lirikasının
qiymətli nümunələri də elə bu yanğının zaman-zaman ucalan
tüstü, dumanı idi.”
Doktor Cavad Heyət (İran)
Almas İldırımın şeirində
ahəng və musiqi də həsrət, qürbət musiqisidir və hər biri
bir “ayrılıq” mahnısıdır.
Nəbi Xəzri,
Xalq şairi
Vətən dərdi bütün dərdlərin
ən dəhşətlisidir və müqəddəsdir. Bu dərdə dözməyi bacaranlar
mətin və ulu insanlardır. Almas İldırım da belə bir
şəxsiyyətdir.
Vaqif Arzumanlı,
Professor, Əməkdar elm
xadimi
Unutmaq olmaz ki, bu
mühacirlər yaşadıqları ölkənin, indiki hâlda Türkiyənin elmi
və ictimai həyatında mühüm və əlamətdar rol oynamışlar.
Onların bu və ya başqa ölkənin ictimai fikir tarixinə
verdiyi töhfələr ümumi türk xalqlarının elmi, ədəbi və
mədəni həyatının ayrı-ayrı istiqamətlərinin formalaşmasına
faydalı və əvəzsiz olmuşdur.
Nazif Ələkbərli
Tənqidçi-ədəbiyyatşünas
Vətəndaşlıq, mücahidlik,
fədailik... Almas İldırımın azadlıqsevər poeziyası bu
qüdrətli qaynaqlar üzərində yüksələn şair şəxsiyyətinə
söykənir. Lakin bu poeziya çılpaq siyasi şüarları deyil,
tarixi ənənələrlə, qan yaddaşı ilə çağdaş dövrə çatmış
həqiqətləri müdafiə edir
Maarif Teymur,
Ədəbiyyatşünas,publisist
Almas İldırım dövrünün
güzgüsü idi. Nə maddi sıxıntılar, nə körpə balalarının
ölümü, nə də vətəndən uzaqlıq onun şairlik qüdrətini, sönməz
ilhamını susdurmamışdı.
Kamil Vəliyev,
Filologiya elmləri
doktoru, Professor.
Şair Almas İldırımın imanı və
inamı vətənlə bağlı olmuşdur. Hər cür ziddiyyətlərdə, ağrı
və əzablarda, axtarış və araşdırmalarda onun başı üstündə
bir tanrı olub, bu tanrı heç vaxt dəyişməyib. Adı
“Vətən”dir.
Vaqif Sultanlı,
ədəbiyyatşünas
Bütövlükdə Almas İldırım
poeziyası Azərbaycana qarşı yeridilən haqsız siyasət,
ədavətə və düşmənçiliyə qarşı bir hayqırtı kimi səslənir.
Elnarə Bəşirova,
Filologiya elmləri
namizədi
İnsanlara hürriyyət,
millətlərə istiqlal!” A.İldırım poeziyasının əsas milli,
demokratik prinsipidir. Bu prinsip isə hələ Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıcılarının müdafiə etdiyi əsas
dəyərlərdən biri olmuşdur.
Caferoğlu Ahmed (Türkiyə),
ədəbiyyatşünas.
Almas İldırım türk milli
birliyinə, türkün tarixi böyüklüyünə, insanlıq topluluğu
içindəki seçkin mövqeyinə, türk kültürünün özəl qiymətinə və
böyük ulusunun şanlı və parlaq istiqlalına bütün varlığı ilə
inanmış və ülküsünü Türkiyədə çıxan bir çox dərgilərdə
cəsarət və mətanətlə müdafiə etmiş bir şairdir