Sentyabrın
28-də Azərbaycan Dövlət Opera və Balet Teatrında tanınmış
ədib, istiqlal şairi Almas İldırımın 100 1yubileyinə həsr
olunmuş təntənəli tədbir keçirilmişdir. Tanınmış elm,
ədəbiyyat və mədəniyyət xadimlərinin, geniş ictimaiyyət
nümayəndələrinin iştirak etdikləri tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan
Prezidenti İlham Əliyevin “Almas İldırımın 100 İllik
yubileyinin keçirilməsi haqqında” 2007-ci il 16 aprel
tarixli sərəncamının əhəmiyyətini vurğulamışdır. İstedadlı
şair Almas İldırımın keşməkeşli ömür yolundan və
yaradıcılığından danışan nazir bildirmişdir ki, azadlıq və
Vətən eşqi ilə yazıb-yaradan Almas İldırım çətin, lakin
şərəfli həyat yolu keçmişdir. Gənc yaşlarından söz meydanına
atılaraq vətənində azad düşüncənin inkişafına xidmət
göstərmək istədiyinə görə təqib və təzyiqlərə məruz qalmış,
siyasi fırtınaların amansız hökmü ilə doğma yurdu
Azərbaycandan Dağıstana, Türkmənistana getmiş, orada da daim
təqib olunduğuna görə, əvvəlcə İrana və nəhayət, Türkiyəyə
mühacirət etmişdir. Almas İldırımı Türkiyə ilə Azərbaycan
arasında qızıl söz körpüsü adlandıranlar haqlıdırlar.
Türkiyə torpağı Almas İldırımı necə məhəbbətlə öz ağuşuna
almışdısa, o da burada şair, vətəndaş olaraq öz borcunu
ləyaqətlə yerinə yetirmiş, türkçülüyə dəyərli xidmətlər
göstərmiş, dillər əzbəri olan şeirlər yaratmışdır. Şairin
obrazlar dünyasını Vətən, azadlıq, mərhəmət anlayışlarından
ayrı təsəvvür etmək olmaz. Şəxsiyyətinin və yaradıcılığının
bütövlüyü Almas İldırımın adına böyük hörmət qazandırmışdır.
Bu ilin aprelində Türkiyənin Elazığ vilayətində Almas
İldırımın 100 İllik yubileyinin böyük təntənə ilə
keçirildiyini xatırladan Ə.Qarayev şairin yaradıcılığı ilə
bağlı təşkil olunmuş elmi simpoziumların, poeziya
axşamlarının böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Natiq diqqətə çatdırmışdır ki, Türkiyənin Elazığ və Xankəndi
şəhərlərində Almas İldırımın adına küçələr verilmişdir. Ə.Qarayev
Azərbaycanda Almas İldırım şəxsiyyətinin və yaradıcılığının
həmişə əziz tutulduğunu, onun adına küçə verildiyini,
döğulduğu qəsəbədə abidəsinin ucaldıldığını, haqqında
sənədli filmlər çəkildiyini söyləmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə
Almas İldırımın seçilmiş əsərləri 25 min tirajla nəşr
edilərək, ölkəmizin bütün kitabxanalarına, orta məktəblərinə
hədiyyə olunmuşdur. Şairin adını daşıyan muzeyin yaradılması
üçün təşkilati işlər başa çatmaqdadır. Yubiley tədbirləri
çərçivəsində respublikamızda Almas İldırıma həsr olunmuş
poeziya gecələri, elmi sessiya, ədəbi kompozisiyalar təşkil
olunmuş, sərgilər açılmışdır. Nazir vurğulamışdır ki, həyatı
sıxıntılar içərisində keçən, buna baxmayaraq, dəyərli
xidmətlərdən, yaradıcılıqdan əl çəkməyən Almas İldırım
əbədiyyət yolçusudur. Türkiyənin mədəniyyət və turizm naziri
Ərtoğrul Günay çıxışında qeyd etmişdir ki, ağır
repressiyalara məruz qalmış gənc şair Almas İldırım özünə
vətən bildiyi torpağa pənah gətirmişdir. O, Türkiyə
torpağında yaşamış, çalışmış, gözəl əsərlər yazmışdır. Almas
İldırım doğma Azərbaycan xalqının istiqlalına olan sevgisini
heç vaxt ürəyindən çıxarmamışdır. Nazir istiqlal şairi Almas
İldırımın həm Türkiyənin, həm də Azərbaycanın sevimli şairi
olduğunu vurğulamışdır. Türkiyənin Elazığ valisi Muammer
Muşmal, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anar, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev
çıxış edərək, Azərbaycan ilə Türkiyənin tarixi birliyindən,
qardaşlıq münasibətlərimizin inkişafında ulu öndər Heydər
Əliyevin müstəsna xidmətlərindən danışmışlar. Həm
Azərbaycanın, həm də Türkiyənin istedadlı şairi olan Almas
İldırımın əsərlərinə böyük Almas İldırımın oğlu Azər Almas
atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını
bildirmişdir. Görüşdə xatirə hədiyyələri təqdim edilmişdir.
Sonra tanınmış incəsənət ustaları maraqlı konsert proqramı
ilə çıxış etmişlər.